Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İkinci yarımildən təhsilin məzmununda müharibə ilə bağlı dəyişikliklər ediləcək -Nazir

İkinci yarımildən təhsilin məzmununda müharibə ilə bağlı dəyişikliklər ediləcək -Nazir

Tarix: 18 Noyabr 2020 11:30

Bakı. İlhamə İsabalayeva - Trend:

II Qarabağ müharibəsi ilə bağlı materialların qısa zaman ərzində məktəblərə çatdırılması planlaşdırılır. Yəqin ki, bu tədris ilinin növbəti yarımilindən bununla bağlı məzmunda müəyyən dəyişikliklər ediləcək.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, müharibədə əldə olunan qələbədən sonra təhsilin məövzusu bir necə istiqamətdə dəyişəcək: “Birinci istiqamət əhval-ruhiyyə ilə bağlı məsələdir. İndiyədək hər bir müəllimizin və təhsilimizin qarşısında duran əsas məsələ o idi ki, hər bir vətəndaşımızı həmin an gəldikdə onu Vətənin müdafiəsinə hazırlayaq. Bu missiya uğurla yerinə yetirilib. Növbəti missiya əldə edilmiş uğurların qorunması, eyni zamanda məktəblilərimizi indiyədək üzləşdiyimiz risklərlə bir daha üzləşməməyə hazırlamaqdır”.
Nazir qeyd edib ki, işğal tarixlərini yadda saxlamalıyıq. Amma bununla bərabər, torpaqlarımızlın işğaldan azad edilməsi və bununla bağlı əldə edilən uğurlar şagirdlərə çatdırılmalıdır.


Etiketlər:  İkinci yarımildən təhsilin məzmununda müharibə ilə bağlı dəyişikliklər ediləcək Nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ