Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hondurasda ''Yota'' fırtınasının fəsadları 355 mindən çox insana təsir göstərib

Hondurasda ''Yota'' fırtınasının fəsadları 355 mindən çox insana təsir göstərib

Tarix: 19 Noyabr 2020 07:12

Bakı. Trend:

Hondurasda "Yota" tropik fırtınası ən az 357,3 min insana öz təsirini göstərib.

Trend-in məlumatına görə, bu barədə Tribune qəzeti Respublika Təbii Fəlakətlərin Qarşısının Alınması və Nəticələrinin aradan qaldırılması İdarəsinə istinadən xəbər verib.

Məlumata əsasən, ölkədə dörd böyük torpaq sürüşməsi baş verdi, 30-dan çox yol hissəsi torpaq altında qaldı. 7 mindən çox yaşayış binasına zərər dəyib, ən azı beş nəfər həlak olub.

Hal-hazırda 750 sığınacaqda təhlükəli bölgələrdən qaçan 60 mindən çox insan yerləşdirilib.

Qeyd edək ki, 4-cü kateqoriyalı "Yota" qasırğası Nikaraquanın Karib dəniz sahillərini vurub. Hondurasa doğru gedərkən siklon fırtınaya qədər zəiflədi və sonra tropik depressiyaya çevrilib.


Etiketlər:  Hondurasda Yota fırtınasının fəsadları mindən çox insana təsir göstərib


RƏYLƏR