Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 14:44
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində 476 nəfər koronavirusdan (COVID-19) ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 43 417 nəfərə yüksəlib.
Sadat Lari əlavə edib ki, İranda ötən sutka ərzində 13 223 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 815 117 nəfərə çatıb. Virus daşıyıcılarından 5 729 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi bildirib ki, İranda indiyədək 583 704 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 5,66 milyondan çox diaqnoz testi həyata keçirilib.
Sadat Lari deyib ki, İranın 27 vilayəti qırmızı zona, 4 vilayəti isə narıncı zona hesab olunur.