Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 20:06
2020-ci ilin oktyabrında Bakıda torpaq sahələrinin qiyməti ötən ilin oktyabrı ilə müqayisədə 7,83 faiz bahalaşıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyib.
Hesabat dövründə kommersiya obyektlərinin qiymətində ötən ilin oktyabrı ilə müqayisədə 0,06 faiz bahalaşma qeydə alınıb.
Qiymət artımı bağ evləri və fərdi evlərdə müşahidə olunub. Bazarın bu seqmentində qiymətlər ötən ilin oktyabrı ilə müqayisədə 5,34 faiz artıb.
Eyni zamanda, oktyabrda obyektlərin icarəsi qiyməti 6,04 faiz ucuzlaşıb.