Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 22:24
Rusiya xarici işlər naziri Sergey Lavrov və Fransa xarici işlər naziri Jan-İv Le Drian arasında telefon danışığı olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.
Məlumata əsasən, S.Lavrov fransalı həmkarına sülhməramlıların Qarabağda iştirakının parametrlərini izah edib. Bundan əlavə, tərəflər Dağlıq Qarabağda vəziyyətin nizamlanması ətrafında məsələləri müzakirə ediblər:
"Sergey Lavrov qarşı tərəfə Rusiyanın sülhməramlı qüvvələrinin iştirakı parametrlərini və Humanitar Yardım üzrə İdarələrarası Mərkəzin funksiyalarını izah edib".