Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 23:24
Bakı. Trend:
Fransanın Mərakeşdəki baş konsulu Deni Fransua intihar edib.
Trend-in "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, baş konsulu ölümü haqqında məlumat səfirliyin saytında yerləşdirilib, ölümün səbəbini isə "Le360" portalı açıqlayıb.
Səfirliyin məlumatında deyilir: "Fransa səfirliyinin bütün heyəti ailənin, doğma və yaxınların dərdinə şərik olduğunu bildirir və başsağlığı verir".
Portal qeyd edir ki, baş konsul mənzildə intihar edib, o özünü asıb.
İntiharın səbəbi barədə məlumat verilmir, lakin qeyd edilir ki, D.Fransua sentyabrın 15-i baş konsul vəzifəsinə təyin edildikdən dərhal sonra vəzifədən azad olunmasını istəyib.