Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyuq havada COVİD-19-dan necə qorunmaq olar? - Tövsiyələr

Soyuq havada COVİD-19-dan necə qorunmaq olar? - Tövsiyələr

Tarix: 21 Noyabr 2020 13:22

Səhiyyə Nazirliyi və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi soyuq havada virusdan qorunmaqla bağlı tövsiyələr açıqlayıb.

Sonxeber.net həmin tövsiyələri təqdim edir:

Soyuq havada COVİD-19-dan necə qorunmaq olar?

Soyuq havada insanların qapalı məkanlarda toplaşması virusun artması ilə müşahidə olunur.

Yoluxma riskini aşağı endirmək üçün müntəzəm olaraq havası dəyişdirilən, sosial məsafənin qorunduğu məkanlara üstünlük verilməlidir.

Evdə və ofisdə otaqların havası müntəzəm olaraq dəyişdirilməlidir.

Soyuq otaqlarda isinmə məqsədilə kondisionerdən istifadə burunun selikli qişasını qurudur.

Bu, virusun orqanizmə daxil olmasına şərait yaradır. Kondisioner həm də otaqda virusun yayılmasına kömək edir.

Tibbi maskalar, xüsusilə yağışlı havalarda tez-tez yenilənməli, əllərin gigiyenasına diqqət yetirilməlidir


Etiketlər:  Soyuq havada COVİD necə qorunmaq olar Tövsiyələr


RƏYLƏR