Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi Şuşa və Xankəndi şəhərlərinə humanitar yardım göndərib

Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi Şuşa və Xankəndi şəhərlərinə humanitar yardım göndərib

Tarix: 22 Noyabr 2020 20:09

Bakı. Trend:

Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Respublikasının Şuşa və Xankəndi şəhərlərinə göndərdiyi humanitar yardımın "Samur" sərhəd-keçid məntəqəsində qarşılanaraq müşayiəti təşkil olunub.

Trend xəbər verir ki, noyabrın 22-də Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub.

Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.


Etiketlər:  Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi Şuşa Xankəndi şəhərlərinə humanitar yardım göndərib


RƏYLƏR