Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden Pompeonu onunla əvəzləyəcək

Bayden Pompeonu onunla əvəzləyəcək

Tarix: 23 Noyabr 2020 11:12

ABŞ Prezident seçkilərində qalib olan Co Baydenin Dövlət katibi Mayk Pompeonun yerinə təyin edəcəyi şəxsin kimliyi müəyyənləşib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Baydenin sözügedən posta Entoni Blinkeni gətirəcəyi bildirilir.

Bu barədə Qərb KİV orqanları məlumat yayıb. Bildirilib ki, ətrafını yeniləməyə başlayan yeni Prezident özünə xarici siyasətdə köməklik göstərən Entonini daim yanında görmək istəyir.

Qeyd edək ki, 58 yaşlı Blinken Barak Obamanın prezidentliyi dövründə Amerika dövlət katibinin müavini (2015-2017-ci illər), beynəlxalq təhlükəsizlik xidmətinin köməkçisi vəzifəsində çalışıb.


Etiketlər:  Bayden Pompeonu onunla əvəzləyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ