Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2020 11:40
Bakı. Samir Əli - Trend:
Son günlər ölkəmizdə yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının artması və hava şəraitinin infeksion və respirator xəstəliklərin yayılması üçün əlverişli olmasını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) əhalini ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, bu təhlükəli virusdan qorunmaq üçün müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Trend-in məlumatına görə, bu barədə FHN-nin koronavirus təhlükəsi ilə bağlı əhaliyə müraciətində deyilir.
Müraciətdə qeyd edilir: "Özünüzün və yaxınlarınızın sağlamlığı və təhlükəsizliyi naminə çox sadə üç qaydaya əməl etmək kifayət edər:
Özünüzdə və yaxınlarınızda koronavirusa yoluxmanın əlamətlərini (hərarətin yüksəlməsi, boğazda qıcıqlanma və ağrı, quru öskürək, təngənəfəslik) müşahidə etdikdə dərhal təcili tibbi yardıma müraciət edin. Unutmayın: qaydalara biganəlik – həyatımıza təhlükədir!"