Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Makron bu yolla özünə bəraət qazandırmaq istəyir''

''Makron bu yolla özünə bəraət qazandırmaq istəyir''

Tarix: 23 Noyabr 2020 12:21

Makron mütrifləşmiş siyasətçidir.

Bunu Sonxeber.net-a açıqlamasında "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, Makron "Dağlıq Qarabağ və ona bitişik 7 rayon beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir" deməklə çalışır özünə bəraət qazandırsın:

"Onun böyük ideyaları var ki, qarşıdan gələn prezident seçkilərində yenidən qələbə çalsın. Emmanuel Makronun həm Avropa siyasətində, həm Türkiyə ilə münasibətlərində çoxsaylı kəsirləri var. İndi ona su, hava kimi lazım olan odur ki, o, heç olmasa bir məsələdə özünü təsdiqləsin və nəticə əldə etsin. Nəzərə alsaq ki, indi Fransada yarım milyona qədər erməni əsilli adamlar yaşayır, onların da bu seçkilərdə səsi, sözü, mövqeyi olacaq, Makron çalışır onların vasitəsilə özünə bəraət qazandırsın, digər tərəfdən öz siyasi mövqelərini, dayaqlarını gücləndirsin.

O boyda BMT-nin Təşhlükəsizlik Şurasının 5 üzvündən biri olan Fransa prezidenti Makron əgər öz siyasi konsepiyasında erməni məsələsini qabardırsa, deməli, o gedə-getdə olan bir siyasətçidir. Mən hesab etmirəm ki, o, hətta ermənilərə böyük dəstək versə, onun ölkə daxilindəki siyasi mövqeləri güclənəcək. Makron artıq zəif siyasətçi olduğunu göstərib. Bu baxımdan da düşünürəm ki, onun növbəti prezident seçkilərində qələbə çalmağa şansı olmayacaq".

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron Fransada yaşayan ermənilərlə görüşdə "Dağlıq Qarabağ və ona bitişik 7 rayon beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir" etirafını edib. Makron görüşdə izah edib ki, Fransa suveren bir dövlətdən, yəni Azərbaycandan müraciət gəlməyincə Qarabağda baş verənlərə qarışa bilməz. Bundan əlavə, o, Fransanın, Ermənistan, Rusiya və Azərbaycan arasında imzalanmış üçtərəfli bəyanatı beynəlxalq monitorinq çərçivəsində daxil etmək istədiyini təsdiqləyib.

Təhməz Əsədov


Etiketlər:  Makron yolla özünə bəraət qazandırmaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ