Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2019 10:24
Bakı. Trend:
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı (RİH) Elşən Salahovun Mərdəkan qəsəbəsi, Sahəddin Dadaşov 2,4,6,8 və Qurban İsmayılov, ev 1,3,5, binalarında yaşayan sakinlərlə səyyar qəbul-görüşü keçirilib.
İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, səyyar görüşdə millət vəkili Rauf Əliyev, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon üzrə fəaliyəət göstərən xidmət sahələrinin rəhbərləri, Mərdəkan qəsəbəsi İƏD üzrə nümayəndəsi, bələdiyyə sədri və qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı Elşən Salahov və millət vəkili Rauf Əliyev ilk olaraq şəhid Adil Hacıyevin yaşadığı binadakı xatirə lövhəsinin (barelyefinin) qarşısına gül dəstələri qoyaraq şəhidin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Sonra RİH başçısı sakinlər qarşısında çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi və rayon ərazisində, xüsusilə Mərdəkan qəsəbəsində həyata keçirilən əsaslı Infrastruktur layihələrdən, 2019-cu ilin əvvəlindən başlayaraq ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə əhalinin rifahının daha da yaxşılaşmasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat verib.
Sonra RİH başçısı və millət vəkili qəbulda iştirak edən sakinləri dinləyiblər.
Qəbulda iştirak edən sakinlər çoxmənzilli yaşayış binalarının dam örtüklərinin və blokların təmiri, məhəllədaxili yolların asfaltlanması, içməli su və kanalizasiya, və digər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.
Görüşdə iştirak edən millət vəkili Rauf Əliyev çıxış edərək, qəsəbə sakinlərini salamlayaraq səyyar görüşdə qaldırılan məsələlərin RIH ilə birlikdə həll olunması istiqamətində işlərin görüləcəyini və bəzi məsələlərlə bağlı müvafiq qurumlara müraciət ediləcəyini bildirib.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Sonra RİH başçısı E.Salahov və Millət Vəkili R.Əliyev sakinlərin şikayəti əsasında yaşayış binalarının bloklarına birlikdə baxış keçiriblər.
Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin