Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 11:12
Ay yarımlıq müharibədə Azərbaycan Silahlı Qüvvələrinin gücünə tab gətirməyən düşmən silah-sursatla dolu minaatan batareyası mövqeyini ataraq qaçıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, həmin ərazi Füzuli rayonunda yerləşir. Bu günlərdə Füzuliyə səfər edən jurnalistlər sözügedən yerlə tanış olublar. Bildirilib ki, döyüşlərin ilk günündə həmin ərazidən ordumuzun mövqelərinə atəş açılıb.
Ancaq əsgərlərimiz qısa bir zamanda düşmənin minaatan batareyasını sıradan çıxararaq oranı zərərsizləşdirib. Hazırda silah-sursatla dolu ərazi şanlı ordumuzun nəzarəti altındadır.