Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Vətən Müharibəsi Qəhrəmanı'' adı haqqında əsasnamə ikinci oxunuşda təsdiq edilib

''Vətən Müharibəsi Qəhrəmanı'' adı haqqında əsasnamə ikinci oxunuşda təsdiq edilib

Tarix: 24 Noyabr 2020 11:14

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı təsis edilir.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında Əsasnamə" ikinci oxunuşda müzakirə edilib.

Əsasnamədə qeyd olunub ki, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir. “Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı - “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalıdır. “Vətən Müharibəsi Qəhrəmanı” medalının təsviri qanunla müəyyən olunur.

“Vətən Müharibəsi Qəhrəmanı” medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə aşağıdakılar təqdim edilir:

- “Vətən Müharibəsi Qəhrəmanı” medalı;

- “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.
“Vətən Müharibəsi Qəhrəmanı” eyni şəxsə bir dəfə verilir. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilir.

Müzakirələrdən sonra əsasnamə səsə qoyularaq qəbul edlib.


Etiketlər:  Vətən Müharibəsi Qəhrəmanı adı haqqında əsasnamə ikinci oxunuşda təsdiq edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ