Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 17:52
Bu il dəniz nəqliyyatı vasitəsilə ticarət dövriyyəsində iştirak edən məhsulların ümumi həcmi 768,4 min ton olub.
Sonxeber.net-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, bu məhsulların ümumi dəyəri 494,9 milyon dollar (841,3 milyon manat) təşkil edib.
Bu nəqliyyat vasitəsilə Azərbaycandan 72,6 milyon dollar (123,4 milyon manat) dəyərində məhsul ixrac edilib. Məhsulların ümumi həcmi 227,3 min ton həcmində olub.
Dəniz nəqliyyatı vasitəsilə ölkəyə 422,3 milyon dollar (717,9 milyon manat) dəyərində məhsul idxal edilib. Bu dövrdə idxal edilən məhsulların həcmi 541,1 min ton olub.
Ötən ilə nisbətən dəniz nəqliyyatı vasitəsilə ticarət dövriyyəsində yüklərin həcmi 39 faiz, məhsulun dəyəri isə 35 faiz azalıb.