Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 23:57
İlk tibbi yardım hər hansı bir qəza və ya sağlamlıq üçün təhlükəli vəziyyət yarandıqda xəsarət almaış adama tibb işçiləri gələnədək göstərilən yardımdır. İlk yardım xəsarət almış adamın yaxınlığında olan insanlar tərəfindən göstərilir, sonra isə müdaxiləni tibb işçiləri davam etdirir. İlk tibbi yardım məcburi vəziyyət yarandıqda tibb təhsili olmayan adamlar tərəfindən göstərilir. İlk tibbi yardımım məqsədi aşağıdakılardır:
* həyati vacb orqanların fəaliyyəinin dayanmamasına nail olmaq
* xəstə və ya yaralının vəziyyətinin ağırlaşmamasına çaışmaq
* xəstənin və ya zədə almış adamın vəziyyətinin yaxşılaşmasına çalışmaq
İlk yardımım əsas qanunları bunlardır:
* ölümdən qorumaq
* vəziyyətdən çixmağa çalışmaq
* lazımi orqanlara (103) xəbər etmək
İlk tibbi yardım göstəriləcək hadisə yol qəzası olduğu zaman aşağıdakılara əməl etmək lazımdır:
* dövlət yol polisini çağırmaq
* həkim çağırmaq
* xəstənin vəziyyətinə uyğun olaraq onu xilas etməyə çalışmaq
Əgər qaz sızması vaş veribsə o zaman aşağıdakılara əməl etmək lazımdır:
* pəncərələri açmaq
* həkim gələnə qədər süni tənəfüs vermək
* qığılcım əmələ gətirə biləcək vasitələrdən istifadə etməmək
İlk tibbi yardım edərkən baş verən qəzadan asılı olaraq 102, 103,104 və ya 155-ə zəng vurmaq lazımdır.