Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2020 15:06
Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı edilən siyasi təzyiqlərə cavab verib, çünki biz iki dövlət, bir millətik.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin münasibətləri qardaşlıq münasibətləridir, dünyanın heç bir millətləri arasında belə münasibət yoxdur:
"Azərbaycan da bizim vətənimizdir. Ürəyimiz eyni hisslərlə vurur. Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Bu gün kəlbəcərlilər yenidən doğma torpaqlarına qayıdır. Bu, Azərbaycanın böyük zəfərinin nəticəsidir. Türkiyə hər zaman Azərbaycanın yanında olub. Hazırda da Türkiyə bütün imkanları ilə Azərbaycanın yanındadır".