Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2020 20:56
Bakı. Ləman Zeynalova - Trend:
Norveçin “Equinor” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) “Qarabağ” yatağının işlənməsi layihəsi üzərində işləyir.
Bu barədə Trend-ə “Equinor” şirkətindən bildiriblər.
Qeyd olunub ki, hazırda layihə ilə bağlı bəzi detallar müzakirə olunur.
“Əşrəfi-Dan ulduzu-Aypara” strukturuna gəldikdə isə şirkətdən bildiriblər ki, COVID-19 infeksiyası ilə əlaqədar “Aypara” strukturunda qazma işlərini təxirə salmaq qərara alınıb:
“Qazma işlərinin başlama müddətindən danışmaq tezdir. 2020-ci ildə bu sahədə fəaliyyət gözlənilmir, yeni müddət isə daha sonra açıqlanacaq”.