Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2019 19:32
Bakı. Trend:
Sudan parlamentinin spikeri İbrahim Ömər Xartum beynəlxalq aeroportunda saxlanılıb.
Trend-in məlumatına görə, bir müddət öncə isə Sudanın dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış prezidenti Ömər əl-Bəşir ev dustaqlığından paytaxt Xartumdakı həbsxanalardan birinə köçürülüb. Bundan başqa, Ömər əl-Bəşirin daha 11 tərəfdarının həbsi ilə bağlı qərar verilib.
Xatırladaq ki, Sudanın müdafiə naziri Avad ibn Auf aprelin 11-də ölkə prezidenti Ömər Əl-Bəşirin nəzarət altına götürüldüyünü bildirmişdi.
Bundan əlavə, o, ölkədə 2005-ci ilin konstitusiyasının artıq qüvvədən düşdüyünü və ölkə ərazisində üç ay müddətinə fövqəladə vəziyyət elan edildiyini qeyd etmişdi
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin