Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Silahlılar Suriyanın Həma və Latakiya vilayətlərini atəşə tutub

Silahlılar Suriyanın Həma və Latakiya vilayətlərini atəşə tutub

Tarix: 9 Iyul 2019 06:08

Bakı. Trend:

Qanunsuz silahlı birləşmələr tərəfindən sutka ərzində Suriyanın Həma və Latakiya vilayətlərinin 7 yaşayış məntəqələri atəşə tutulub.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

A.Bakin qeyd edib: "Sutka ərzində silahlılar Həma vilayətinin Əl-Cəmmasiya, Kafer-Nbuda, Calama, Əl-Huaş, Kaat-Əl-Mudik yaşayış məntəqələrini, Latakiya vilayətinin Kara-Qaliya və Mamuxiya yaşayış məntəqələrini atəşə tutublar".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Silahlılar Suriyanın Həma Latakiya vilayətlərini atəşə tutub


RƏYLƏR