Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanda ölüm sayı pik səviyyədədir'' - HƏYƏCAN TƏBİLİ

''Azərbaycanda ölüm sayı pik səviyyədədir'' - HƏYƏCAN TƏBİLİ

Tarix: 28 Noyabr 2020 10:30

TƏBİB-dən ötən gün verilən məlumata görə, gün ərzində götürülən testlərin sayı çox olduğundan, bu, laboratoriyaların iş həcminə təsir göstərdiyi üçün testin nəticələri bir qədər gecikmələr olduğundan problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Bununla bağlı infeksionist İlahə Vəliyeva Sonxeber.net-a açıqlamasında insanları daha məsuliyyətli olmağa çağırıb:

"Düşünürəm ki, bu, müvəqqəti bir haldır. Amma yenə də biz özümüzü qorumalıyıq. Çünki biz bilmirik bir yerdə işlədiyimiz insan və ya ictimai nəqliyyatda yanımızda duran şəxs olsun, evimizin içində ailə üzvlərimizdən olsun, heç bir simptom olmadan xəstə ola bilər. Mütləq deyil ki, o xəstə olsun və yatağa düşsün, immuniteti aktiv olan bir şəxsdirsə ayaq üstə, ambulator şəkildə də bu xəstəliyi keçirə bilər. Hansı ki, həmin şəxs ətrafındakı başqa bir insanı yoluxdura bilər. Bu xoşagəlməz halın, bu təhlükənin qarşısını almaq üçün yenə də gigiyenik qaydalar, sosial məsafə, tibbi maskadan düzgün istifadə kimi qaydalara mütləq şəkildə xüsusi diqqət yetirmək lazımdır. 

Bizi qarşıda COVİD-ə yoluxmada daha da kritik artım gözləyir. Çünki nəzərə alsaq ki, ən yüksək rəqəmlər bizdə may ayında göstərirdi və hazırdakı rəqəmlər ondan təxminən 6 dəfə çoxdur. İstər yoluxma sayı, istər ölüm sayı pik səviyyədədir. Havalar daha da soyuduqca, immunitet endikcə təbii ki, xəstəlik vəziyyəti daha da pisləşəcək. Ona görə də hər kəs gigiyenik qaydalara düzgün əməl etməklə özünü qorusun".

Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar isə Sonxeber.net-a açıqlamasında Azərbaycanda COVİD-ə yoluxanlarının birdən-birə artmasının yaratdığı təhlükəni belə şərh edib:

"Yoluxanlarin sayı ilə tibb personalının sayı tərs mütənasib olduğu müddətdə tibbi xidmətin keyfiyyəti də aşağı düşəcək və daha çox ölüm halları görə bilərik. Yoluxanların sayı daha da artarsa bu səhiyyə sistemində dərman-preparat çatışmazlığına da səbəb ola bilər. İnsanlar bunun nə demək olduğunu anlamaliı və ona görə də məsuliyyət hiss etməlidirlər". 

Təhməz Əsədov


Etiketlər:  Azərbaycanda ölüm sayı səviyyədədir HƏYƏCAN TƏBİLİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ