Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2020 15:00
Bakı. Sədrəddin Ağcayev - Trend:
"ASAN Xidmət" tamamilə yerli, Azərbaycan brendidir və bu konsepsiyasının hazırlanması, tətbiqi və təkmilləşməsində yalnız azərbaycanlı mütəxəssislər iştirak edir.
Bunu Trend-ə Elektron Hökumətin İnkişafı Mərkəzindən bildiriblər.
Qeyd olunub ki, bu cür yanaşma elektron hökumətin qurulması məsələsində də tətbiq olunur. Yerli ekspertlər və mütəxəssislər cari layihələrin reallaşdırılması üzərində işləyir:
"Amma biz xarici təşkilatlarla birgə layihələrdə maraqlıyıq və birlikdə işləyirik. Belə ki, Rəqəmsal Hökumət proqramı, Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə reallaşdırılıb".
Bundan başqa, qurumdan bildiriblər ki, Almaniya Beynəlxalq Əməkdaşları Cəmiyyətinin sponsorluq dəstəyi ilə Gəncə, Masallı və Qubada "Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması" layihəsi reallaşdırılacaq.
Bu layihə həmin regionlarda rəqəmsal savadlılığın qiymətləndirilməsinə, eləcə də zəruri xidmətlərin elektronlaşdırılmasına yönəlib.