Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bir həftə çölə çıxmağa qadağa qoyula bilər... - RƏY

Azərbaycanda bir həftə çölə çıxmağa qadağa qoyula bilər... - RƏY

Tarix: 30 Noyabr 2020 04:32

Son günlərdə Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı rekord həddə çatıb. Qardaş Türkiyə və digər ölkələrdə yoluxma sayı kəskin artığına görə bir neçə gün insanların çölə çıxmasına qadağa qoyulmuşdu. Bu təcrübə yoluxma sayı artma dinamikası ilə davam edərsə, Azərbaycanda da tədbiq edilə bilərmi? Yəni Azərbaycanda 4 gün və daha çox insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Sonxeber.net xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, nəyinki 4 gün 1 həftə belə qadağa qoyula bilər:

"Çünki yoluxanların sayı heç də ürəkaçan deyil. İnsanların bir neçə gün çölə çıxmasına qadağa qoyularsa, bu yoluxmaların sayına da müsbət təsir edəcək. Çünki hər hansı tədbir görülməsə gündəlik yoluxanların sayı 5000-nə çata bilər. Aprel ayındakı karantin rejiminə geri qayıtmaq lazımdır. Bu gün yoluxma mənbələri avtobuslardır. Aprel ayındakı "evdə qal" karantinə qayıtsaq bu insanların bir-biri ilə ünsiyyətinin azalmasına və avtobuslardakı sıxlığın aradan qaldırılmasına səbəb olacaq. İnsanlarımız maskalardan düzgün istifadə etmir. Tibbi maskaların qoruması da cəmi 2 saatdır. Amma parça maskaların hər hansı bir virusdan qoruma imkanı yoxdur".


Etiketlər:  Azərbaycanda həftə çölə çıxmağa qadağa qoyula bilər RƏY


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ