Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 11:04
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Qars Logistika Mərkəzində aparılan işlər sona çatıb.
"ADY Express"dən Sonxeber.net-a verilən məlumata görə, əvvəlcə 19 ayrı xətt üzrə 400 min kvadratmetr ərazidə 500 nəfərin fəaliyyət göstərəcəyi və 80 min kvadrat metrlik konteyner ehtiyat sahəsi olan Qars Logistika Mərkəzinin 7 kilometrlik dəmir yolu xətti BTQ-yə birləşdiriləcək.
AK Partiyasının Qars üzrə millət vəkili və keçmiş Nəqliyyat, Rabitə və Dənizçilik naziri Əhməd Arslan bildirib ki, gömrük prosedurlarında bütün yüklər Türkiyədən Gürcüstana keçərək Orta Asiyaya daşınacaq və Bakı-Tbilisi-Qars dəmir yolu xətti İpək Yolunda yük daşımalarını davamlı edəcək. O vurğulayıb ki, bu xətt vasitəsilə Türkiyədən Uzaq Şərqə və Orta Asiyaya, eləcə də bu ərazilərdən yüklərin Türkiyəyə daşınmasına imkan verəcək.