Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 13:52
Bakı. Orxan Nəbiyev - Trend:
Qarabağ müharibəsində iştirak edən erməni əsgərlərinin valideynləri Yerevanda yenidən Hökumət evinin qarşısına toplaşıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçıların bir qismi baş nazir Nikol Paşinyanın köməkçisi ilə görüşə yollanıb.
Qeyd edək ki, Yerevanda əsgər valideynlərinin aksiyaları bir neçə gündür davam edir.
Onlar Qarabağda döyüşən əsgərlərin evə qaytarılmasını tələb edir.