Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İpoteka və Kredit Zəmanət Fondunun məcmu aktivləri 2 milyard manata yaxınlaşır

İpoteka və Kredit Zəmanət Fondunun məcmu aktivləri 2 milyard manata yaxınlaşır

Tarix: 30 Noyabr 2020 16:32

Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun məcmu aktivləri 1,8 milyard manat, kapitalı isə 822 milyon manat təşkil edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Fondun İdarə heyətinin sədr müavini Rəhman Hümmətov kirayə mənzillər üzrə mexanizmlərlə bağlı onlayn konfrans zamanı deyib.

Onun sözlərinə görə, Fondun mövcud olduğu müddətdə itkilər qeydə alınmayıb. Korporativ qiymətli kağızlar bazarında İpoteka və Kredit Zəmanət Fondunun payı 95 faiz təşkil edir.

R.Hümmətov bildirib ki, Fondun elektron sistemi mövcuddur və 2020-ci ilin martında vətəndaşların kirayə mənzillərin əldə olunması üzrə müraciətlərinin qəbulu başlayıb. Hazırda İpoteka və Kredit Zəmanət Fondunun saytında 90 mindən çox aktiv "kabinet" mövcuddur:

"Fondun yaradılmasının ilk dövlərində biz qonşu ölkələrin təcrübəsini öyrənirdiksə, indi qeyd edə bilərik ki, bir sıra MDB ölkələri, xüsusilə də Qazaxıstan və Qırğızıstan bizim standartlarımızla maraqlanır".


Etiketlər:  İpoteka Kredit Zəmanət Fondunun məcmu aktivləri milyard manata yaxınlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ