Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazax sakinindən narkotik vasitə götürülüb - FOTO

Qazax sakinindən narkotik vasitə götürülüb - FOTO

Tarix: 30 Noyabr 2020 18:50

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli bilinən rayon sakini Namiq Abbasov saxlanılaraq RPŞ-yə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman əlindəki qara rəngli politelen torbanın içərisindən 445 qram, narkotik vasitə olan, qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı N. Abbasov narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirib. Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Qazax sakinindən narkotik vasitə götürülüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ