Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 4G istifadəçiləri artıb

Azərbaycanda 4G istifadəçiləri artıb

Tarix: 1 Dekabr 2020 11:24

Bakı. Sədrəddin Ağcayev - Trend:

2020-ci ilin ilk doqquz ayı ərzində “Nar” mobil operatorunun 4G şəbəkəsinin istifadəçilərinin sayı əvvəlki illə müqayisədə 35 faiz artıb.

Trend bu barədə mobil operatora istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə 4G istifadəçilərinin sayı Bakı şəhərində 27 faiz, regionlarda isə 51 faiz artıb.

Qeyd olunur ki, ölkədə LTE/LTE-A texnologiyası ilə baza stansiyalarının sayının çoxalması mobil internetdən istifadəni artırıb.

2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə mobil internetdən istifadə 21 faiz, o cümlədən Bakıda 9 faiz, regionlarda 42 faiz artıb.


Etiketlər:  Azərbaycanda istifadəçiləri artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ