Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2020 13:42
Ali Baş Komandan, Prezident İlham Əliyevin Laçının işğaldan azad olunması ilə bağlı xalqa müraciətindən sonra Bakı şəhərində bayram yürüşü başlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, müraciətdən sonra Bakı sakinləri Su İdman Sarayından üzü Şəhidlər Xiyabanı istiqamətində avtomobillərlə yürüş edib. Əhalinin bir qismi isə eyni vaxtda Bakının Yasamal rayonu, 20 saylı orta məktəb - liseyindən yürüşə start verib.
Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.