Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pfizer'' və ''BioNTech'' koronavirus vaksinin ilin sonunadək Avropada qeydiyyata alınması üçün müraciət edib

''Pfizer'' və ''BioNTech'' koronavirus vaksinin ilin sonunadək Avropada qeydiyyata alınması üçün müraciət edib

Tarix: 1 Dekabr 2020 14:44

Bakı. Orxan Nəbiyev - Trend:

"Pfizer" və "BioNTech" şirkətləri birgə koronavirus vaksininin ilin sonunadək Avropa İttifaqında qeydiyyata alınması üçün müraciət edib.

Trend-in məlumatına görə, birgə vaksinin qeydiyyata alınacağı təqdirdə Avropada istifadəsi mümkün olacaq.

Noyabrın sonunda həmin şirkətlər ABŞ-da qeydiyyat üçün müraciət etmişdi. Bundan başqa, "Moderna" şirkəti də vaksinin Aİ-də qeydiyyata alınması üçün rəsmi müraciət edib.

Qeyd edək, noyabrın 18-də "Pfizer" və "BioNTech" birgə vaksinin 95 faiz səmərəlilik göstərdiyini elan etmişdi.


Etiketlər:  Pfizer BioNTech koronavirus vaksinin ilin sonunadək Avropada qeydiyyata alınması üçün müraciət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ