Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 13:44
Bakı. Fidan Babayeva - Trend:
2020-ci ilin yanvar-noyabr aylarında "Şahdəniz" yatağından hasil edilmiş qaz və kondensat satışından əldə olunan gəlir 276 milyon dollar təşkil edib.
Trend bu barədə Dövlət Neft Fonduna (SOFAZ) istinadən məlumat verir.
Qeyd olunur ki, 2007-ci ildən bu günədək SOFAZ-ın "Şahdəniz" qazının satışından gəliri ümumilikdə 3 milyard dollardan çox olub.
2020-ci ilin yanvar-noyabr aylarında "Şahdəniz" yatağından hasil olunan kondensat satışından gəlir 205 milyon dollara bərabər olub.