Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TƏBİB kütləvi KT və rentgen müayinələrinə aydınlıq gətirib

TƏBİB kütləvi KT və rentgen müayinələrinə aydınlıq gətirib

Tarix: 2 Dekabr 2020 15:16

Narahatlıq hiss edən şəxsin dərhal özbaşına xəstəxanalara axışaraq kompüter tomoqrafiyasından keçməsi düzgün deyil.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibb Universitetinin professoru Akif Qurbanov deyib. Onun sözlərinə görə, səhhətindən şübhələnən şəxs xəstəxanada ağciyərini KT etdirir və nəticə yaxşı çıxdıqda arxayınlaşır:

"Belə olmaz. Bu xəstəlik yalnız sonda özünü ağciyərdə biruzə verir. COVİD-19-un müayinələrində rentgen və KT yalnız köməkçi vasitədir. Bu yoluxan şəxsin ağciyərində biruzə verməyə bilər. Bunun üçün yalnız PSR testi verilməlidir. Bu testin cavabı pozitiv olarsa, dərhal özünü təcrid etməli və iş yerinə məlumat verib müalicə olunmalıdır. Bu xəstəlik hətta simptomsuz da olur. Bu cür hallara diqqət etməliyik.


Etiketlər:  TƏBİB kütləvi rentgen müayinələrinə aydınlıq gətirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ