Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşdi

Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşdi

Tarix: 2 Dekabr 2020 16:06

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Füzuli və Cəbrayıl rayonlarının işğal olunmamış ərazilərinə dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi başa çatıb.

Bu barədə Trend-ə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü İsmayıl Zeynalov deyib. O bildirib ki, komissiya üzvləri artıq Cəbrayıl və Füzuli rayonlarına dəymiş ziyanı müəyyənləşdirib: "Cəbrayıl rayonunda Cocuq Mərcanlı kəndində 47 evə ziyan dəyib. Onlardan 41-i fərdi ev, 3-ü sahibkarlıq obyekti, 1-i məktəb, 2-si isə inzibati binadır.

Füzuli rayonunun işğal edilməyən hissəsində azərbaycanlıların yaşadığı 348 fərdi evə baxış keçirilib ki, onlardan 12 ev tam olaraq dağıdılıb. Bundan başqa, rayon ərazisində məktəb, inzibati bina və sahibkarlıq subyektlərinə də ziyan dəyib. Ümumilikdə, rayon ərazisində 374 ev və obyektə ziyan dəyib, 6 maşın istifadəyə yarasız vəziyyətə düşüb, 488 ev quşu tələf olub".


Etiketlər:  Ermənistanın təcavüzü nəticəsində Füzuli Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşdi


RƏYLƏR