Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 15:52
Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Qars şəhərindəki logistika mərkəzinin tikintisi prosesi ilə tanış olacaq.
Bu barədə Sonxeber.net-a ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.
Dekabrın 5-də baş tutacaq səfər zamanı nazir, həmçinin Qars-Ərzurum yolunun açılışında iştirak edəcək.
Qeyd edək ki, Qars logistika mərkəzinin 2021-ci ildə istifadəyə verilməsi planlaşdırılır. 2020-ci ildə logistika mərkəzinin tikintisi üçün 60 milyon lirə vəsait yerləşdirilib.
Logistika mərkəzinin ərazisində ümumi həcmi 1 600 kvadrat metr olan iki su çəni, ümumi sahəsi 1 300 kvadrat kilometr olan avtomobil qarajı, 7 min kvadrat metr sahədə qatar təmiri emalatxanası yer alacaq.