Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tayson və Cons arasındakı döyüşdən əldə edilən qazanc açıqlandı

Tayson və Cons arasındakı döyüşdən əldə edilən qazanc açıqlandı

Tarix: 5 Dekabr 2020 07:08

Bakı. Trend:

Amerikalı boksçular Mayk Tayson və Roy Cons arasındakı döyüş bir milyondan çox ödənişli translyasiya toplaya bilib.

Trend-in məlumatına görə, bu barədə "MMA Fighting" xəbər verib.

Bildirilir ki, görüş təşkilatçılara 50 milyon dollardan çox qazanc gətirib. Bu 675.000 ödənişli yayımlama toplayan Həbib Nurməhəmmədov ilə Castin Geydjinin arasındakı döyüşdən əldə edilən məbləğdən təxminən iki dəfə çoxdur.

Xatırladaq ki, boks üzrə keçmiş dünya çempionları Mayk Tayson ilə Roy Cons arasında 29 noyabrda baş tutan döyüş heç-heçə ilə nəticələnib. Hər iki boksçu qarşıdurmanın nəticəsindən narazı qalıblar vər yenidən mübarizə aparmaq istədiklərini bildiriblər.


Etiketlər:  Tayson Cons arasındakı döyüşdən əldə edilən qazanc açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ