Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2020 15:00
Klapanlı maskada nəfəs alan koronavirus xəstəsi bütün virusları ətrafındakılara yoluxdurur.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Rospotrebnadzor" Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin aparıcı mütəxəssisi Mixail Lebedev xəbərdarlıq edib.
Onun sözlərinə görə, klapanlı maskalar yalnız peşəkar vəzifələrini yerinə yetirən tibb işçiləri üçün uyğundur, çünki bu cür fərdi qoruyucu vasitələr onların nəfəs almasını çox asanlaşdırır.
Mütəxəssis onu da əlavə edib ki, bəzi hava yolları şirkətləri artıq klapanlı maskası olanları təyyarəyə buraxmamağa başlayıb.