Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2020 16:32
Bakı. Elnur Bağışov – Trend:
İranın ailə və qadın məsələləri üzrə sabiq vitse-prezidenti Şəhindoxt Mollaverdinin həbs olunmasına qərar verilib.
Trend-in məlumatına görə, İranın Tehran İslam İnqilabı Məhkəməsinin 15-ci filialının qərarına əsasən, sabiq vitse-prezident 2,6 azadlıqdan məhrum edilib.
Sabiq vitse-prezident vəzifədə çalışarkən məlumatları və sənədləri başqalarına ötürmək ittihamı ilə 2 il, İran İslam Respublikası dövləti əleyhinə təbliğat fəaliyyəti aparmaq ittihamı ilə 6 ay azadlıqdan məhrum edilib.
İranın vitse-prezidentinin verilən qərarla bağlı apelyasiya şikayəti verəcəyi bildirilir.
Qeyd edək ki, Şəhindoxt Mollaverdi 2013-2017-ci illərdə İranın ailə və qadın məsələləri üzrə vitse-prezidenti və 2017-2018-ci illərdə İran prezidentinin vətəndaşlıq hüququ məsələləri üzrə xüsusi köməkçisi vəzifəsində işləyib.