Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2020 18:30
Gəncədə Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq kompleks tədbirlər davam etdirilir.
Gəncə Şəhər İcra Hakimiyyətindən Sonxeber.net-a verilən məlumata görə, son vaxtlar koronavirusa yoluxma hallarının artması nəzərə alınaraq İcra Hakimiyyəti tərəfindən tibbi-profilaktiki işlər gücləndirilib.
Səhər saatlarından başlayaraq Gəncədə xüsusi kimyəvi maddələrlə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb edilblər.
Dezinfeskiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı Gəncənin qəsəbə və yaşayış massivlərində də aparılıb. Tibbi-profilaktik tədbirlər dayanacaqları, çoxmənzilli yaşayış binaları və həyətləri əhatə edib.
Qeyd edək ki, dezinfeksiya işləri müəyyən edilmiş qrafik üzrə mütamədi olaraq aparılır.