Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2020 18:36
"Qarabağ"ın daha 5 futbolçusunun koronavirusa yoluxduğu məlum olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbut xidməti məlumat yayıb. Komanda Avropa Liqasının qrup mərhələsində "Makkabi" ilə matçdan (1:1) geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən Premyer Liqanın 12-ci turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib. Testin nəticələrinə görə Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və Kevin Medinada COVİD-19 aşkarlanıb.
Daha öncə isə testin nəticəsi pozitiv olan daha iki futbolçu: Mahir Emreli və Abbas Hüseynov da müalicələrini davam etdirir.
Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq, Bakıya qayıdıb.