Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada karantin qaydalarına qarşı etiraz aksiyası keçirilib

Almaniyada karantin qaydalarına qarşı etiraz aksiyası keçirilib

Tarix: 6 Dekabr 2020 09:52

Almaniyanın Bremen şəhərində koronavirus infeksiyasının qarşısını almaq məqsədilə  ölkədə tətbiq edilmiş məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib. 

APA Reuters-ə istinadən xəbər verir ki, aksiyada 20 min nümayişçi iştirak edib.

Polis aksiyanın Konstitusiya məhkəməsi tərəfindən qadağan edildiyini əsas gətirərək nümayişə müdaxilə edərək dağıdıb. 

Qeyd edək ki, ölkədə son sutkada koronavirus xəstələrinin sayı 23318 nəfər artaraq 1 153 556-ya yüksəlib. Ölənlərin sayı isə son 24 saat ərzində 483 nəfər artaraq 18517-yə çatıb.

Almaniya hökuməti ölkədə məhdudlaşdırıcı tədbirlərin gələn il yanvarın 10-dək uzadılması barədə qərar verib.


Etiketlər:  Almaniyada karantin qaydalarına qarşı etiraz aksiyası keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ