Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlon Mask köçməyə hazırlaşır

İlon Mask köçməyə hazırlaşır

Tarix: 6 Dekabr 2020 22:20

"Tesla" və "SpaceX" şirkətinin yaradıcısı olan İlon Mask Kaliforniyadan köçmək qərarına gəlib.

Sonxeber.net bildirir ki, bununla bağlı CNBC telekanalı biznesmenin yaxın ətrafına istinadla məlumat yayıb.

Bildirilib ki, İ.Mask Texas ştatına köçəcək. Çünki ona məxsus "Tesla" və "Boring Company" şirkətlərinin mərkəzi ofisi Texas ştatının paytaxtı Ostin şəhərində yerləşir.

Bu səbəbdən Mask tez-tez Kaliforniyadan Texasa gəlməli olurmuş. Bundan başqa, Maskın köçməsinin digər səbəbi Kaliforniyadan vergi xərclərinin yüksək olmasıdır.

Əgər o, Texasa köçsə, milyardlarla dollar qənaət etmiş olacaq. (ölkə.az)


Etiketlər:  İlon Mask köçməyə hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ