Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2020 22:30
Bakı. Asif Mehman - Trend:
Ağdamda bir dənə də olsun salamat bina qalmayıb.
Trend-in məlumatına görə, məşhur fotojurnalist Reza Deqati növbəti dəfə işğaldan azad olunmuş Ağdamdan görüntülər paylaşıb.
Ağdamı 21-ci əsrin Xirosiması adlandıran fotoqraf Ağdam Dövlət Dram Teatrının qarşısında yerləşən fəvvarənin içində olan Fərhadın külünglə heykəlini taparaq fotolarını çəkib:
"Həmin heykəli teatrdan bir kilometr uzaqlıda tapdım, heykəl parçalanıb, baş hissəsini tapa bilmədim" deyə fotoqraf qeyd edib.