Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİQQƏT! Bu preparatlardan istifadə xəstəliyi ağırlaşdıra bilər - XƏBƏRDARLIQ

DİQQƏT! Bu preparatlardan istifadə xəstəliyi ağırlaşdıra bilər - XƏBƏRDARLIQ

Tarix: 7 Dekabr 2020 10:44

Çoxsaylı maarifləndirmələr aparılmasına baxmayaraq, bəzi xəstələr əlamətləri özlərində hiss etsələr də bunu çox zaman "Kondisionerin altında oturmuşam", "Soyuq su içmişəm", "Tərlədim, soyuqladım" kimi qiymətləndirib, zamanı gecikdirə bilirlər və müraciətləri bu zaman gecikmiş olur.

Bunu Sonxeber.net-a açıqlamasında infeksionist-hepatoloq Vüsalə Yaşar deyib.

İnfeksionist bildirib ki, bəzi xəstələrin özlərini digər preparatlarla, antibiotiklərlə lazımsız dərəcədə yükləmələri onların ağırlaşmasına səbəb ola bilər:

"Bəzən çox təəssüf ki, həkimlərin də qiymətləndirmələri doğru olmaya bilir. Yəni, bilirsiniz ki, xəstələrdə COVİD testi pozitiv olduqdan sonra onlar evdə izolyasiya olunurlar və onlarla sahə həkimləri telefon vasitəsilə əlaqə saxlayır və burada dəyərləndirmə çox önəmlidir. Xəstənin yaşı, yanaşı xroniki xəstəliklərinin olması, xəstənin əlamətləri, yəni hiss etdiklərini doğru ifadə etməsi və həkimin onu doğru anlaması çox vacibdir. Burada riski də dəyərləndirmək çox önəmlidir. Bəzi xəstələrin öncədən risklərini nəzərə alıb, artıq erkən mərhələdə xəstəxanaya yerləşdirmək lazımdır.

Bir nəfərə olan müalicə hər kəsə standart şəkildə edilə bilməz, hər kəsə individual yanaşmaq lazımdır. Burada çox standartdan kənar bəzi məsələlər var. Məsələn, xəstələr özlərini ağır xəstələrə tətbiq olunan sterezoit preparatlar - deksametazon vururlar evdə və yaxud da antibiotikləri çox erkən və lazımsız şəkildə istifadə etməyə başlayırlar. Belə olanda əksər xəstələrin immun sistemi aşağı düşür və xəstələr ağırlaşırlar. Önəmli olan doğru zamanda, doğru dəyərləndirib, doğru preparatları seçmək. Yəni, xəstə yüngüldürsə, simptomsuzdursa, xəstəliyi yüngül evdə keçirə bilirsə, bu xəstəyə sink preparatı, vitamin C, bol maye, virus əleyhinə hər hansı bir preparatdan başqa heç bir şey etməyə ehtiyac yoxdur. Bu xəstələrin özlərini digər preparatlarla, antibiotiklərlə, steroitlərlə lazımsız dərəcədə yükləmələri onların ağırlaşmasına səbəb ola bilər. İzn verək xəstələri mütəxəssislər doğru dəyərləndirə bilsinlər".

Təhməz Əsədov


Etiketlər:  DİQQƏT preparatlardan istifadə xəstəliyi ağırlaşdıra bilər XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ