Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 14:45
Bakı. İlhamə İsabalayeva - Trend:
1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfindən işğalından sonra Hacı Ələkbər məscidi yararsız hala düşüb.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir. Məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılmışdır.
Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir.