Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 16:48
Bakı. İlhamə İsabalayeva – Trend:
Bununla təsginlik tapıram ki, balam torpaq, Vətən yolunda şəhid olub. O, həm özünün, həm də mənim başımı uca edib.
Trend-in məlumatına görə, bunu şəhid Mənsur Əhmədovun babası Mamed Əhmədov deyib.
Onun sözlərinə görə, Mənsur hərbçi olmağı torpaqları işğaldan azad etmək üçün istəyirdi:
"Deyirdi ki, mən şəhid olsam, ağlamayın. Mən torpaq uğrunda gedirəm".
Laçının Çıraqlı kəndindən köçkün olan M.Əhmədov oktyabrın 21-də nəvəsinin nəşini Füzilidən gətirdiklərini deyir.
Şəhidin anası Səmayə Əhmədova bildirib ki, müharibə başlayandan ön cəbhədə olan Mansur çox vətənpərvər oğlan olub:
"Ürəyi götürmürdü ki, torpaqlarımız ermənilərdədir. Kaş, heç olmasa, Laçını görərdi...".