Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 17:24
Fransada "Qlobal təhlükəsizlik haqqında" qanuna qarşı etiraz aksiyasında iştirak edən 30 nəfər saxlanılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Paris daxil olmaqla 90 bölgədə baş verən nümayişlər davam edir, paytaxt yağmalanır.
Nantes şəhərindəki aksiyada 1 polis yaralanıb. Daxili İşlər Nazirliyi polislə nümayişçilər arasında yaşanan hadisələrdən sonra tutulanların sayının 30-a çatdığını açıqlayıb.
Qeyd edək ki, "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə əsasən, polisin və ya hüquq-mühafizə orqanı əməkdaşlarının xidməti zamanı jurnalistlər tərəfindən foto-video çəkilişlərinin aparılması qadağan edilir.