Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 21:50
ABŞ-ın "Aevum" şirkəti kiçik peyklərin aşağı yerətrafı orbitə buraxılışı üçün nəzərdə tutulan pilotsuz uçan aparat nümayiş etdirib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "Ravn X" adlı dronun uzunluğu 24,4 metr, qanadlarının uzunluğu 18,3 metrdir. Maksimal uçuş kütləsi 24,9 tona bərabər olan aparatda yanacaq qismində "Jet A" aviasiya kerosinindən istifadə edilir.
"Ravn X" aparatının ilk uçuşunun ilin sonunadək baş tutacağı gözlənilir. Daha sonra ABŞ Müdafiə Nazirliyinin maraqları üçün orbitə faydalı yük çıxaran aparatın buraxılışı planlaşdırılır.
Mütəxəssislərə görə, "Ravn X" missiyalar zamanı peykdaşıyan ikipilləli raketlərin buraxılışı üçün 9-18 kilometr yüksəkliyə qalxacaq.
Layihə barədə ətraflı məlumat verilməsə də, "Aevum" şirkəti dronun hər 3 saatdan bir buraxılacağına ümid edir.