Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 22:27
Mən deksametazonun COVİD19 zamanı istifadəsinə münasibətimi 01.07.2020 tarixli paylaşımda bildirmiş və zaman-zaman bu məsələyə yanaşmamı açıqlamışam. Düşünürəm ki, bu məsələ yenidən gündəmə gəlməlidir.
Sonxeber.net xəbər verir ki, bu barədə professor Musa Qəniyev açıqlama verib.
O, hazırda koronavirus xəstələrinin ilk gündəm bu ağır hormonal dərmanı istifadə etməsi ciddi fəsadlar yarada bilər.
"İlk növbədə bildirmək istəyirəm ki, qlikokortikoid fəallığına malik olduğuna görə, deksametazon virus infeksiyaları zamanı potensial farmakoloji fəallıq göstərə bilməz. Digər tərəfdən, qlikokortikoidlərin kəskin virus infeksiyası zamanı istifadəsi, virusların orqanizmdən xaric olmasını (həm infeksiyanın davam etmə, həm də sağalma dövründə) ləngidə bilir.
Deksametazon həmçinin virus infeksiyasının kəskinləşmə dövründə, hətta virusların sürəkli replikasiyasına (artıb-çoxalmasını) səbəb ola bilər. Bir cəhəti də unutmaq olmaz ki, prednizalon və ya deksametazonla müalicəyə zərurət yarandığı istənilən xəstəlik zamanı, bu preparatların təyini xüsusi sxemlə aparılmalı, sonda mütləq şəkildə "doza endirimi" prinsipinə (dozanın azaldılaraq kəsilməsi) əməl olunmalıdır. Dozanın birdən kəsilməsi, özünü kəskin klinik əlamətlərlə göstərən "kəsmə sindromu"nun meydana şıxmasına, bu halın sürəkli davamı isə, hətta ölümə səbəb ola bilər.
Virus infeksiyaları zamanı deksametazon, eləcə də digər təbii və ya sintetik qlikokortikoidlərdən istifadə etdikdə, ikincili infeksiya kimi, bakterial floranın kəskin aktivləşməsi halı müşahidə oluna bilər. Qlikokortikoidlər immunosupressiv təsirə malik olduğundan, orqanizmin bütün- mikrob, virus, parazit və s. infeksiyalarına qarşı müqavimətini də kəskin şəkildə azaldır.
Bildirmək istəyirəm ki, deksametazonla aparılan uzunmüddətli müalicə, kəsildikdən sonra, xəstələr ən azı bir il müddətinə nəzarətdə saxlanılmalıdır. Cünki, deksametazonun yüksək dozası ilə müalicə alan şəxslər, sonrakı bir il ərzində kəskin stress halı keçirsələr, onlarda böyrəküstü vəzin çatışmazlığı əmələ gələ bilər. Bunun da nəticəsinin əlavə izaha ehtiyacı yoxdur.
Birbaşa virilosid aktivliyə malik olmaması və söylədiyim əlavə təsirlərinə görə deksametazonun aşağıda gostərdiyim bəzi xüsusi hallar istisna olunmaqla, xüsusən kəskin virus infeksiyası zamanı istifadəsi mütləq əks göstərişdir.
Deksametazonun COVİD19-un ağır gedişli formalarında müalicəvi effekti mütləqdir və bu səbəbdən də ağır xəstələrin müalicə protokoluna qeyri-şərtsiz olaraq daxil edilməlidir. Sadəcə bir faktı nəzərə almaq lazımdır ki, deksametazon ikincili infeksiya kimi, bakterial floranı aktivləşdirdiyindən, bu halda COVİD19-un müalicə protokoluna geniş təsir spektirli antibiotiklərin (məs. azitromisin və s.) əlavə olunması zərurətdir. Bilmək lazımdır ki, COVİD19-un müalicə sxeminə antibiotik yalnız bu halda və ya ikincili infeksiyanın meydana çıxdığı hallarda daxıl edilməlidir. Daha indiki kimi kiminsə istək və arzusuna görə yox!...
Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, deksametazon virusəleyhinə dərman maddəsi deyildir. Yalnız COVİD19-un ağır gedişli formalarında xəstələrin vəziyətini yaxşılaşdıra bilər. Xəstəliyin yüngül formalarında onun istifadəsi mütləq əks göstərişdir. Digər tərəfdən, Deksametazon son dərəcə ciddi əlavə effekt törədə bilən preparat olduğundan, onun təyinatı, dozalanması, müalicə sxemi, yalnız xəstəxana şəraitində və klinisist həkimin birbaşa nəzarəti altında aparılmalıdır. Ondan ev şəraitində və həkimin təyinatı olmadan, qəti şəkildə istifadə etmək olmaz!" /medicina.az