Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 14:42
Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda leysan yağışları bir sıra fəsadlar yaradıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, axşam saatlarında yağan leysan yağışları səbəbindən Bodrumun mərkəzi hissələrində irimiqyaslı gölməçələr yaranıb. Bölgədə maşınların hərəkəti tamamilə dayanıb. Bodrumun Konacık Qazdərəsi hissəsində yol çöküb.
Bölgədə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam edir.