Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alman faşistləri tərəfindən yandırılan tarixi məkan - VİDEO - FOTO

Alman faşistləri tərəfindən yandırılan tarixi məkan - VİDEO - FOTO

Tarix: 8 Dekabr 2020 18:24

Poltava Diyarşünaslıq Muzeyi, 1898-1892-ci illərdə Poltava vilayətinin torpaqları üzərində tədqiqat aparan məşhur Peterburq alimi, torpaqşünaslıq professoru Vasili Kriçevskinin təşəbbüsü ilə 1891-ci ildə qurulub. Hazırda bu muzey onun adını daşıyır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, muzeyin ilk eksponatları Poltava quberniyası ərazisində toplanan 4000-dən çox torpaq nümunəsi və 500-dən çox eksponatdan ibarət geoloji kolleksiya idi. O dövrlərdə həm məşhur insanlar, həm də Poltava bölgəsinin sadə sakinləri yerli tarix muzeyinin fondlarına eksponatlar bağışlayırdılar. Xüsusilə Poltava sakini, çar ordusunun polkovniki Pavel Bobrovski Yaxın Şərq, Asiya və Afrika ölkələrinə səyahətləri zamanı topladığı eksponatları muzeyə hədiyyə edib.

Bina Poltava bölgəsində Ukrayna memarlıq üslubunun ilk nümunəsidir.

Böyük Vətən müharibəsi illərində əksər eksponatlar talan edilib, muzeyin binası yandırılıb. Müharibədən sonra 118 min eksponatdan yalnız 37 mini qaldı. 1950-ci illərdə bina yenidən memarlar P.Kostrik, V.Kraçmer, N.Kvitka və başqalarının layihələrinə əsasən inşa edilib.

Ümumilikdə muzeyin 300.000-dən çox eksponatı var.


Etiketlər:  Alman faşistləri tərəfindən yandırılan tarixi məkan VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ